Ermənistan-Rusiya birgə bəyanatı: Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır
Ermənistan Respublikasının Parlamentinin xarici əlaqələr üzrə daimi komitənin nümayəndə heyəti, komitənin rəhbəri Armen Aşotyanın və Rusiya Federasiyasının Federal Şurasının beynəlxalq əlaqələr üzrə komitəsi, komitənin sədri Konstantin Kosaçevin başçılıqla sentyabrın 29-da Rusiya Federasıyasının paytaxtı Movskvada birgə iclas keçiriblər.
İclas nəticəsində iki parlamentinin ortaq komitələrinin rəhbərləri birgə bəyanat imzalayıblar. Beynəlxalq siyasi gündəmi ilə bağlı məsələlər çərçivəsində regional təhlükəsizlik məsələlərə də toxunulub. Bu konteksdə tərəflər KTMT çərçivəsində Cənubi Qafqazda sabitlik və sülhün təmin edilməsinə yönəlmiş birgə səyləri dəstəkləyəcəklər.
Tərəflər ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin prezidentlərinin birgə bəyanatlarında əks olunmuş prinsiplərə əsasən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində sülh və qarşılıqılı qəbul edilən çözümlər tapmaq öhdəliyi yenidən təsdiqlədilər.