İctimaiyyət

“Lider” TV-də pulsuzluqdan kütləvi istefa

“Lider TV”-də əmək haqlarının gecikməsinə görə növbəti dəfə kütləvi istefalar başlayıb.
Ölkə.Az-ın məlumatına görə, telekanalda yayımlanan “Səda” informasiya buraxılışının aparıcıları – Vüsalə Səid, Şəfiqə Elşən, idman jurnalisti Emin Ağa və digər şəxslər öz ərizələri ilə işdən çıxıblar.
Jurnalistlərin işdən ayrılmalarına səbəb kimi Lider TV-də bir neçə aydır ki, maaşların gecikməsi göstərilir.
Son bir ildə “Lider TV”-dən xeyli sayda jurnalist istefa verib.
Daha çox göstər
Back to top button