Siyasət

Rostov rayonunda KTMT ölkələrinin “Axtarış-2017” takitiki təlimlərə başlayıb

Rusiya Fedrasiyasının Rostov rayonunda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzv ölkələrinin silahlı qüvvələrinin “Axtarış-2017” beş günlük xüsui taktiki təlimlərinə start verilib.

Bu haqda Rusiya Federasiyasının Cənubi Okqruqunun mətbuat xidmətindən məlumat verilib.

Təlimlərdə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan,Rusiya və Tacikistanın silahlı qüvvələrinin  idarəetmə orqanları, eləcə də  hərbi hissələrin kəşfiyyat və xüsusi məqsədli bölmələri iştirak edirlər”- deyə mətbuat xidmətindən bildiriblər.

Təlimlərdə mindən çox əsgər iştirak edir. Təlimlərin ilk mərhələsində komandirlik və qərargahın çoxmillətli komandası  Rostov rayonunda avtomatlaşdırılmış nəzərət məntəqəsində KTMT üzv ölkələrinin ərazisində silahlı münaqişəsinin lokallaşdırılması ilə bağlı birgə əməliyyat keçiriəcəklər.

Bundan sonra təlimlərin bütün rəhbərliyi  rus hərbi aviasiya təyyarələri ilə Ermənistanın Bağramyan poliqonuna gələcəklər, orda isə komanda-qərargahı təlimləri davam edəcək.

“Axtarış-2017” beynəlxalq təlimlər Rusiya Federasiyasının Cənubi okruqunun qoşunlarının komandiri  Aleksandr Dvronikovun rəhbərliyi altında  keçirilir.

Təlimlər oktyabrın 7-də başa çatacaq.

Daha çox göstər
Back to top button