Beynəlxalq

ABŞ Helsinki Komissiyası “Azərbaycan camaşırxanası” hesabatı ətrafında vəziyyəti müzakirə edib Siyasət

Çərşənbə axşamı Helsinki Komissiyasında kleptokratiya və pulların yuyulmasına qarşı mübarizə mövzusunda dinləmələrə senator Şeldon Uaythaus rəhbərlik edib.

Açılış nitqində senator Uaythaus Azərbaycan hökümətinin 2012-2014-ci illərdə Böyük Britaniyada qeydiyyatda olan 4 böyük şirkət vasitəsilə 2,5 milyard avronu (2,8 milyard dolların) yuduğunu və bu pul vasitəsilə Avropada lobbiçilərə, siyasətçilərə rüşvət verilməsi və bahalı əşyaların alınmasında istifadə edildiyini bildirib.

Bu pullardan Azərbaycanda 90-dək fəalı, müxalifətçi və jurnalist siyasi motivli ittihamlarla həbsxanalara salınmasında istifadə edilib.

Onun sözlərinə görə, “Azərbaycan camaşırxanası” “unikal sxem deyil”. 2015-ci ildə “Panama sənədləri” göstərdi ki, bir çox hüquq-mühafizə orqanları və korrupsiyaya qarşı mübarizə aparanlar bilirdilər ki, dünyanın hər yerində korrupsiyaya uğramış məmurlar, narkotik maddə alverçiləri, terrorçular və cinayətkarlar öz aktivlərini və qanunsuz fəaliyyətlərini gizlətmək üçün saxta şirkətlərdən istifadə edirlər.

“Biz hər gün məlumat alırıq ki, rusiyalı kleptokratlar qanunsuz sərvətlərini gizlətmək, korrupsiyaya uğramış məmurları ələ almaq, dünya iqtisadiyyatına və demokratik institutlara xələl gətirmək üçün biznes haqqında qeyri-şəffaf qanunlardan istifadə edirlər”, – o əlavə edib.

Senator Janna Şahin bu cür hallara qarşı mübarizənin sərtləşdirilməsinə çağırıb: “Biz Amerikanın korrupsiya üçün yeni “qaranlıq ev”ə çevrilməsinə imkan verə bilmərik”.

Hudson İnstitutunun Kleptokratiya Mərkəzinin rəhbəri Çarles Devidson deyib ki, hazırda avtoritar rejimlər özlərini 21-ci əsrin biznes modelinə uyğunlaşdırıblar.

“Gəlin, səhv eləməyək: bizim sivilizasiyanın mövcudluğu məsələsi ortaya qoyulub. Bu rejimlər İkinci Dünya Müharibəsindən sonra müdaxilələr, müqavilələrin pozulması yolu ilə beynəlxalq nizamı dəyişiblər, əqli mülkiyyətin oğurlanması və aqressiv iş praktikası vasitəsilə qlobal ədalətli iqtisadi mübadilə sistemini korlayıblar, bizim hökumətin kompüter sisteminə hücum ediblər.

Avtoritar rejimlər öz ölkələrində qanunsuzluq və talanla əldə etdiklərini qoruyub-saxlaya bilsinlər deyə bu pulları qanunların işlədiyi, azad və demokratik ölkələrə daşımağa çalışırlar”, – 0 qeyd edib.

Daha çox göstər
Back to top button