Siyasət

Aİ Komissarı Ermənistanda iqtisadi inkişafı dəstəkləmək üçün hazır olduğunu təsdiqləyib

Aİ Komissarı Yohanes Han Ermənistana etdiyi son səfər zamanı Ermənistanda iqtisadi artıma Aİ-nın dəstək vermə hazırlığını bir daha da təsdiq edib. Bunu jurnalistlərlə görüşdə Aİ-nin ER-dakı nümayəndə heyətinin əməkdaşlıq şöbəsinin müdiri Hoa Bin Acemyan bildirib.

“Aİ Ermənistanda iki önəmli layihə (Aİ biznes uğruna və Aİ yenilik uğruna) həyata keçirir. Dünən Komissar Han ER-da idi və Ermənistanda iqtisadi artıma və yeniliklərə dəstək verməyə hazır olduğumuzu yenidən təsdiq edib”,-deyə Hoa Bin Acemyan qeyd edib.

Acemyan Aİ tərəfindən Ermənistana göstərilən dəstəyi təqdim edib. Onun sözlərinə görə, onlar biznes mühiti, təhsil və nümayəndəlik istiqamətləi dəstəkləyirlər. “Biz hökumətlə biznes mühitinin, məhkəmə sisteminin müstəqilliyini təkmilləşdirmək məqsədilə aktiv şəkildə işləyirik”.

Acemyanın fikrincə, inkişafa töhvə verən əsas faktorlardan biri təhsildir. Beləliklə də 15 orta ixtisas təhsili müəssisəsi və 20 ali məktəbə tempus proqramlarla dəstək edirlər.

Daha çox göstər
Back to top button