Təhlil

Azərbaycan Avropa siyasətçilərinə rüşvət verib: ABŞ senator

Hesabatlara əsasən, 2012-2015-ci illərdə Azərbaycan hakmiyyətləri Böyük Britaniyada qeydiyyatdan keçən 4 gizli şirkətlərdən Danimarka bankının Estoniya filialı ilə Avropa siyasətçilərə 2.5 milyard avro rüşvət köçürüblər.

Bu barədə ABŞ senatında kreptokratiyaya qarşı mübarizəyə həsr olunmuş dinləmələrin açılışında ABŞ senatoru Şeldon Uaythaus Azərbaycanı kleptokrat dövlət olaraq nümunə göstərirkən qeyd edib.

Kleptokratiya dövlətlərində tiran hakimiyyət ölkə xalqını talan edir. Hadsni Kleptokratiya Araşdırmalar İnstitutunun direktoru Çarlz Devidsonun sözlərinə görə, kleptokrat hakimiyyət zülümü hər yerdə yaymağa çalışır.

“Kleptokratiya 21-ci əsr tiranlarının biznes modelidir və bu gün milli təhlükəsizliyimiz üçün ən böyük təhdid diktator rejimlərindən qaynaqlanır. Onlar demokratiyanı və azadlıqları zəifləmək üçün öz zülmünü Avrasiyaya gətirirlər”.

Devidsonun sözlərinə görə, Qərb ölkələri xalqları soyan tiranların demokratiyanın nəticələrini görərək yanaşmaları dəyişdirəcəklərini düşünərək yanılırlar. Əksinə, tiranlar Avropanı da öz korrupsiya yanaşmaları ilə yoluxmağa çalışırlar. “Kleptokratlar bura gəlincə öz dəyərlərini də gətirirlər. Onların uşaqlarının buraya təhsil alıb azadlığa və demokratiyaya hörmət etmələrini düşünərək yanılmışdık. Bu olmayıb. Əksinə, kleptokratiya öz sistemimizi pozub”.

“Törədilmiş cinayət və korrupsiyaya qarşı mübarizə planının hesabatına görə, Azərbaycan bu pullarla Azərbaycan hakimiyyətləri tərəfindən siyasi ittihamlarla 90-dan çox hüquq müdafiəçisi, müxalifətçi və jurnalisti həbsxanalarına atdığı zaman səssizliyi satın aldı”,-deyə ABŞ senator qeyd edib.

Daha çox göstər
Back to top button