Beynəlxalq
KTMT bölmələri “diversantlar” hücumunun qarşısını alıblar
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzv ölkələrinin bölmələri “Axtarış-2017” beynəlxalq təlimlərdə şərti diversantlar hücumunun qarşısını alınıb.
Bu barədə RF Cənubi Hərbi Okuruqunun mətbuat xidmətinin rəisi, polkovnik Vadim Astafyev bildirib. Təlimlər Rostov vilayətinin poliqonunda keçirilib.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzv ölkələrinin Silahlı Qüvvələrinin “Axtarış-2017” 5 günlük xüsusi strateji təlimlərində Ermənistan, Belarus, Qazaxıstan, Kirgiziya, Rusiya və Tacikistan Silahlı Qüvvələrinin hərbi idarəetmə orqanları, o cümlədən hərbi kəşfiyyat və xüsusi bölmələri iştirak ediblər.
Təlimlər oktyabrın 7-də baça çatacaq.