Şeyxülislam Allahşükür Paşazadə: “Qarabağ münaqişəsi dini sahədə aparılmaıdır”
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə: “Ermənistan, Azərbaycan və Rusiyanın ruhani liderlərinin hər bir görüşü Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində addımdır “
“Bir çox bədxah dairələrin, münaqişəni dini müstəviyə keçirmək istəyənlərin niyyətlərinə baxmayaraq, münaqişə vəziyyətində olan tərəflərin dini liderlərinin eyni masa ətrafında bir araya gəlməsi problemin xristian-müsəlman münaqişəsi səciyyəsi almasının qarşısını müəyyən qədər ala bildi”- Azertac ilə müsahibədə Paşazadə bildirib.
“Biz hər zaman bəyan edirik ki, Azərbaycan və erməni xalqları bir-biri ilə qonşu olaraq yaşamalı olacaqlar. Odur ki, sülh və əməkdaşlıqdan başqa bir perspektiv yoxdur. Belə bir vəziyyətdə biz, dini liderlər olaraq, xalqlarımızın gələcəyi naminə birgə cavablar axtarmağa borcluyuq. Bir ruhani kimi ilahi dəyərlər işığında ziddiyyətlərin, münaqişənin ədalətlə, sülh yolu ilə həlli üçün səylərimizi birləşdirməliyik”- deyərək , o qeyd edib.