BaşlıcaBeynəlxalq

Tillerson Qarabağın minalardan təmizlənməsini dəstəkləyir

Amerikadakı Hay Dat komitəsi ABŞ dövlət katibi Reks Tillersonun Dağlıq Qarabağda minatəmizlənmə işlərinə ABŞ dəstəyinə dair bəyanatı alqışlayır.

Vaşinqtonun Hay Dat ofisinin yaydığı məlumata görə, Tillerson Dövlət Katibliyi tərəfindən konqresmenlər Ed Roysun və Eliot İnglin təkliflərini dəstəklənməsini təsdiq edib. Qeyd edək ki, konqresmenlər Qarabağ təmas xəttindən snayperləri qaldıraraq atəşkəs pozulmaları araşdıran mexanizmlərin yerləşdirilməsini təklif eymişdilər.

Beləcə, Tillerson demokrat konqresmenlər Bred Şerman və Devid Sislin tərəfindən iyun ayında Konqresin Xarici Əlaqələr Komitəsində dövlət katibinə sorulan suallarına cavab verib. Onun yazılı cavabları bu həftə yayılmışlar.

Dövlət katibi humanitar minatəmizləmə işlərinin ABŞ-ın prioritətlərindən olduğunu bir daha da təsdiqləyərək Qarabağa dəstək vermə baxımından qeyd edib ki, Qarabağ münaqişəsi nəticəsində zərərçəkənlərə 45 milyon dollar ayrılmışdır. Dövlət Katibliyi təmas xəttindən və Ermənistan-Azərbaycan sərhədindən snayperlərin qaldırılmasına, ATƏT-in araşdırmaçı mexanizmlərin yerləşdirməsinə dəsətk verməyə davam edir.

Daha çox göstər
Back to top button