Siyasət

Əliyev Ermənistan Prezidenti ilə mümkün görüşü barədə danışıb

Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, ATƏT-in Minsk Qrupu həmsədrləri ilə şənbə günü Bakıda Ermənistan Respublikası Prezidenti Serj Sarkisyan ilə Qarabağ münaqişəsinin nizamlanması məsələsi ilə mümkün görüşü müzakirə edəcək.

Bu barədə Əliyev Bakıda Aİ Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşdə bildirib.

Daha əvvəl Azərbaycan Xİ naziri Elmar Məmmədyarov  mətbuat konfransında bildirmişdi ki, ATƏT-in Minsk Qrupu həmsədrləri cümə günü Yerevanda, şənbə günü isə, Bakıda olacaqlar.

“Düşünürəm ki, danışıqlar formatı nəzərət altında olmalıdır. Bir neçə gün sonra ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin səfirləri ilə görüşüb gələcək danışıqları və prezideüntlərin mümükün görüşünü müzakirə edəcəyik”.

Daha çox göstər
Back to top button