Mədəniyyət

Artsaxda tarixi-mədəni abidələri bərpa etmək üçün əzəmətli işlər gözlənilir

Artsaxın Mədəni və gənclik məsələlər üzrə və turizmin yeni təyin olunmuş naziri Sergey Şahverdyan “Armenpres” ilə söhbətində bildirib ki, Artsaxda tarixi-mədəni abidələri bərpa etmək üçün əzəmətli işlər gözlənilir. O, müxtəlif mədəniyyət sahələrində dövlət qayğısına ehtiyac olduğunu qeyd edib.
“Abidələrin qorunması sahəsində 80 illik boşluq vəziyyətimiz olub. Sovet dövründə abidələrin qorunmasına diqqət yetirilməmişdir, əksinə hər şey məhv edilmək üçün iş aparılmışdır.

Nəticə olaraq, bu boşluğu doldurmaq üçün illər tələb olunacaq. Buna baxmayaraq, bərpa işləri prioritetlərə əsaslanaraq davam olunacaqdır”- deyə Sergey Şahverdyan bildirib. O, bu sahədə işləmək, UNESCO ilə əməkdaşlıq yollarını tapmasını qeyd edib.

Sergey Şahverdyan həmçinin Artsax mədəniyyətinin beynəlxalq arenada yayılmasının önəmliyinə də mühüm yer verib.
O, beynəlxalq turizm sahəsində artıq yüksək səviyyəli əməkdaşlığın olduğunu vurğulayıb.

Daha çox göstər
Back to top button