BaşlıcaBeynəlxalq

Aşot Ğulyan ABŞ Miçiqan ştatının Senatına təşəkkür məktubunu göndərdi

Artsax Respublikasının Milli parlamentinin sədri Aşot Ğulyan sentyabrın 28-də Senatda Artsax Respublikasını tanıyan 99 saylı qətnamənin təşəbbüsü ilə bağlı oktyabrın 4-də ABŞ Miçiqan ştatının senatoru David Knezekə təşəkkür məktubunu göndərdi.

Artsax Respublikasının Milli parlamentinin mətbuat agentliyindən verilən məlumatına görə, məktubda deyilir: “ Miçiqan Senatı tərəfindən azad və müstəqil Artsax Respublikasını tanıyan qətnamənin qəbul edilməsi bizim gənc demokratiyamızın beynəlxalq dəstəklənməsi üçün mühüm addımdır. Mən əminəm ki, Cənubi Qafqaz regionunda sülh və təhlükəsizlik üçün Artsax Respublikasının tanınması və onun beynəlxalq prosseslərdə iştirakı əlavə təkan olacaq”.

Artsax parlamentinin spikeri də Artsax Respublikası müstəqilliyini dəstəkləyən qətnamənin qəbul edilməsinə verdiyi töhfə üçün Miçiqan Erməni Milli Komitəsinin rəhbəri Lara Nersisyana təşəkkür məktubunu göndərdi.

Daha çox göstər
Back to top button