Siyasət

ER Silahlı Qüvvələrində “Smerç” zenit-raket kompleksləri ilə təlimlər keçirilib

Ermənistan Silahlı Qüvvələrinin raket-artilleriya qoşunları 9K58 “Smerç” zenit-raket kompleksləri ilə təlimlər keçirirblər. Təlimlərdə ER SQ-nin Baş qərargah rəisi, general-leytenant Movses Hakobyan iştirak edib.

Bu haqda ER Müdafiə Nazirliyinin “Zinuj” proqramına istinadən Razm.İnfo məlumat yayıb.

Şəxsi heyət əmr aldıqdan sonra döyüş atəşə başlayıb və bütün hədəflərini məhv edib. “Raketlər heç bir metrlə yoldan çıxmayaraq müəyyən zamanda öz hədəfinə vurublar”,-deyə MN məlumatında qeyd olunur.

Qeyd edək ki, Ermənistanda “Smerç” sistemləri ilə ilk təlimləri 2017-ci il mart ayında keçirilmişdi.

Daha çox göstər
Back to top button