İctimaiyyət

Ermənistanın tibbi təhsili 40-dan çox ölkədə təqdim olunur

Yerevan M. Heratsi adına Dövlət Tibb Universitetinin rektoru, sabiq səhiyyə naziri Armen Muradyan “Kentron” televiziyasında danışanda deyib ki, Ermənistanın tibbi təhsili 40-dan çox ölkədə təqdim olunur. O ölkələrdə Yerevan M. Heratsi adına Dövlət Tibb Universitetinin 8000 məzunu çalışır.

“Məsələn, Kaliforniyada 500 tələbəmiz var. Moskvada, Maltada, Kanadada, Avstriyada, Almaniyada və Hindistanda bir çox məzunlarımız var. Təbii, bu böyük zənginlikdir, çünki univesitetimizin adı dünyada yayılır”.

Onun sözlərinə görə, Ermənistanda xalq həkimləri yüksək qiymətləndirir. “Düşünürəm ki, bu gün tibbi təhsil ali təhsil sisteminin ən yaxşı bir hissəsidir”,-deyə Armen Muradyan qeyd edib.

Daha çox göstər
Back to top button