Litva Ermənistanla iqtisadi əməkdaşlığı davam etmək istəyir
Yerevanda oktyabrın 4-də ticarət və iqtisadi əməkdaşlıq məsələləri üzrə Ermənistan-Litva hökumətlərarası komissiyasının ikinci iclası keçirilib. Komissiyada erməni tərəfinin həmsədri ER İqtisadi İnkişaf və İnvestisiyalar naziri Suren Karayan, Litva tərəfinin həmsədri isə, LR İqtisaiyyat naziri Mindaugas Sinkyavçust idi.
İclasın açılışında nazir Suren Karayan öz çıxışında qeyd edib ki, “hökumətlərarası komissiyasının bu formatı ticarət-iqtisadi, elmi-texniki, mədəni və digər sahələrdə Ermənistan-Litva ikitərəfli əməkdaşlığın günişlənməsi üçün birincil əhəmiyyət daşıyır. Bu cür görüşlər iqtisadi əlaqələrim inkişafı və əməkdaşlıq üçün yeni sahələrin tapılması üçün yaxşı imkan yaradırlar”.
Mindaugas Sinkyavçus qeyd edib ki, bu formatın inkişafı iki ölkə arasında əlaqələrini da da gücləndirməsi üçün böyük əhəmiyyət daşıyır. “Biz Ermənistanla əməkdaşlığımızı davam etmək istəyirik. İqtisadi əlaqələrin gələcək inkişafı üçün bütün imkanları araşdırıb tətbiq etməyə çağırıram”.
İclas zamanı Ermənistan və Litva arasında ticarət-iqtisadi, elmi-texniki, mədəni və digər sahələrdə əməkdaşlıq prespektivləri müzakirə olunub. İclasda məşğulluq və sosial müdafiə, bədən tərbiyəsi və idman, kənd təsərrüfatı sahəsində əməkdaşlıqla bağlı üç sənəd imzalanıb.