Ekonomika

Alıcılar: ‘Təkcə yağ və ət deyil, hər şeyin qiyməti artır…’

Bakıda son bir ayda yağın qiyməti xeyli artıb. Kərə yağının kilosu azı 2-3 manat, duru yağların litri isə 40-50 qəpik artıb.

Satıcı Ramiz Quliyev deyir ki, qiymət artımından sonra alver xeyli azalıb:

“Bu yağı satırdıq 13 manata. Bir həftədə qiymət 15 manat 50 qəpiyə qalxıb. Yerli istehsal olan yağların da kilosunda 2.5 manatlıq bahalanma var”.

Ramiz Quliyevin dediyi qiymətlər topdansatış məntəqələrindədir. Alıcılar deyir ki, pərakəndə satışda qiymət artımı daha çoxdur.

İqtisadçı Natiq Cəfərli öz “Facebook” hesabında başqa məqama diqqət çəkib:

“Gömrük Komitəsi özü də etiraf edir ki, yağın hər kiloqramı 4,28, yəni 7.2 manata rəsmiləşdirilib. Tutalım, hər kiloqrama 1.5 dollar, yəni, 2,55 manat loqistik xərcləri də əlavə olunur. Deməli, Bakıya yağ 9,75 manata daxil olur. Bəs, necə olur ki, 18 manata satılır?! Niyə yeni Zelandiyadan gələn yağ Tiflisdə 10-11 manata, Bakıda 18-19 manata satılır?!”.

Kənd Təsərrüfatı eksperti Vahid Məhərrəmovsa diqqəti başqa məqama çəkir. Deyir ki, Gömrük Komitəsinin açıqlamasından da göründüyü ki, təkcə 2017-ci ilin 9 ayında xaricdən hardasa 36 milyon dollarlıq yağ alınıb:

Daha çox göstər
Back to top button