Siyasət

Rövnəq də sayt qapatmağa girişib

“Azadliq.org” saytına əsasən, oktyabr ayının 02-dən etibarən Nia.az saytının fəaliyyəti heç bir səbəb göstərilmədən, əsasız yerə məhdudlaşdırılıb.

Nia.az saytı hazırda saytın bloklanmasının aradan götürülməsi istiqamətində çalışmalarını davam etdirməklə yanaşı bəyan edir ki, sayta girişin məhdudlaşdırılmasında bilavasitə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev rolu vardır.

Dövlət Neft Şirkətində onlarla qohumuna vəzifə verən və yüzlərlə yerlisini və yaxınlarını işə düzəldən SOCAR prezidenti Rövnəq Abdullayevin yarıtmaz fəaliyyəti ilə bağlı xəbər portallarında bir yazı yayılan kimi, həmin saytlara haker hücumu təşkil olunur.Nia.az saytında onun barəsində gedən tənqidi yazılara görə, dəfələrlə nia.az saytına öz xakerləri vasitəsilə DDOS hücum təşkil etdirərək, saytın işləməsinə əngəl törətmişdir.

Nia.az olaraq sonuncu yazımızda Rövnəq müəllimin barəsində “Bizim erməni kilsəsi ilə heç bir düşmənçiliyimiz yoxdur.” Başlıqlı yazı dərc etmişdik.Görünən odur ki, Rövnəq Abdullayev bundan bərk qəzəblənib və saytımızın girişinə birdəfəlik qadağa qoydurub.

Daha çox göstər
Back to top button