Siyasət

ER MN-də Ermənistan-İtaliya müdafiə sahəsində əməkdaşlığının inkişaf prespektivləri müzakirə edilib

Oktyabrın 6-da Ermənistan Respublikasının müdafiə naziri Vigen Sargsyan Ermənistan Respublikasında İtaliyanın fövkəladə və  səlahiyyətli səfiri Jovanni Riçullini qəbul etdi.

Bu haqda ER Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş ərzində müdafiə sahəsində qarşılıqı maraq doğuran məsələlər və əməkdaşlığın inkişaf prespektivləri müzakirə edilib.

Qeyd edilib ki, Ermənistan-İtaliya müdafiə sahəsində əməkfaşlıq gündəliyi olduqca doymuşdur və son illərdə dinamik şəkildə inkişaf edir. İki ölkə arasında əməkdaşlıq və qarşılıqlı maraqlı inamın ən yaxşı göstəricisi  kimi 2014-cü ildən bəri BMT-nin UNİFİL-in missiyasında Livanda birgə xidmət göstərilməsi qeyd edilib.

Tərəflər eləcə də regional təhlüksizlik məsələləri və ikitərəfli maraq doğuran məsələləri müzakirə ediblər.

Daha çox göstər
Back to top button