Siyasət

Artsax Xİ naziri Kaliforniya ştatının deputatları ilə Artsaxın tanınma məsələsini müzakirə edib

Oktyabrın 8-də Artsax Respublikası Xİ naziri Masis Mayilyan Amerikanın Kaliforniya ştatı deputatlarını qəbul edib.

Artsax XİN-dən verilən məlumata görə, Xİ naziri Kaliforniya deputatlarının Artsaxa edilmiş səfərini alqışlayaraq qeyd edib ki, Kaliforniya Senatı və Assamblyası tərəfindən Artsax müstəqilliyinə verilə dəstək böyük əhəmiyyət daşıyır. O həmçinin elavə edib ki, Artsax müstəqilliyinin beynəlxalq tanınması regionda sülh və təhlükəsizliyin güclənməsində müsbət rol oynaya bilər.

Masis Mayilyan qeyd edib ki, son illərdə Artsax və Kaliforniya arasında müxtəlif sahələrdə əlaqələrin inkişafında yaxşı təməl yaranıb və əməkdaşlığıa praktiki xarakter vermə vaxtı çatıb. Bu konteksdə tərəflər əməkdaşlığın prespektivli istiqamətlərini müzakirə etdilər.

Azərbaycan-Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanma prosesində yaranmış vəziyyətə dair isə, Artsax Xİ naziri bildirib ki, sülh yolu ilə nizamlanma prosesinin irəliləyişi üçün müvafiq şəraitlərin yaranması lazımdır.

Daha çox göstər
Back to top button