Rusiyada Ermənistanın mədəniyyət günləri keçiriləcək
ER Prezidenti Serj Sarkisyan oktyabrın 9-da Ermənistanla Dostluq və Əməkdaşlıq üzrə Rusiya dərnəyinin sədri Viktor Krivopuskovu qəbul edib. Bunu ER Prezidentinin iş heyəti bildirib.
Viktor Krivopuskov ER Prezidentinə öz rəhbərlik etdiyi təşkilatının fəaliyyətini və gələcək planlarını, xüsusən yaxın gələcəkdə Rusiyada Ermənistanın mədəniyyət günlərinin təşkili istiqamətində həyata keçirilən tədbirlər barədə təqdim etdi.
Tədbir 2016-2018-ci illərdə mədəniyyət sahəsində Ermənistan və Rusiya arasında əməkdaşlıq çərçivəsində keçiriləcək.
Ermənistanla Dostluq və Əməkdaşlıq üzrə Rusiya dərnəyinin sədri Serj Sarkisyana məlumat verdi ki, Rusiyada erməni mədəniyyət günləri çərçivəsində, paytaxtdan başqa, Rusiya regionlarında da tədbirlər keçiriləcək.
Respublika Prezidenti əmin etdi ki, Ermənistanın dövlət idarəetmə orqanları yuxarıda qeyd edilən təşəbbüslərin həyata keçirilməsində lazım olan dəstəyi göstərəcək.