“Tərəfdaşlıq-2017” təlimlərində “İskander” tətbiq olunmayacaq: Xaçaturov
Bu gün Ermənistan ərazisində KTMT çərçivəsində planlaşdırılmış KTMT birgə qoşunlarının və erməni-rus qoşunlarının birgə təlimləri başlayıblar.
“Bu ciddi bir tədbirdir və “Tərəfdaşlıq-2017” təlimlərinin bir hissəsidir. Təlimlər ilk Doni Rostovda keçirilib, sonra da Ermənistanda təlimlərin “Axtarış-2017” kəşfiyyat mərhələsi keçirilib”,-deyə KTMT baş katibi Yuri Xaçaturov jurnalistlərə müsahibədə qeyd edib.
Onun sözlərinə görə, təlim ssenarilərindən biri ilə KTMT üzv dövlətlərindən birinə terrorçular girib və bu tərrorçular birgə qoşunlarla məhv olunmalıdır.
Yuri Xachaturov deyib ki, təlimlər RF Cənub hərbi hissəsinin rəhbərliyi altında keçirilir. “Bunun səbəbi odur ki, təlimdə sadecə ruisyada olan və ruslar tərəfindən istifadə olunan silahlar tətbiq olunur”,-deyə Xaçaturov qeyd edib.
“İskanderlər”-in mümkün istifadəsinə dair sualına KTMT baş katibi cavab verib ki, hər şey kağız üstündə planlaşdırılır, lakin iskanderin istifadəsi üçün Ermənistan ərazisi kiçidir. “Birdən Türkiyəyə uça bilər”,-deyə Xaçaturov zarafat etdi.
Qeyd edək ki, Operativ kollektiv səslənmə qüvvələri hər il “Tərəfdaşlıq” təlimlərini keçirirlər. Bu ildə də təlimlər Rusiyada keçirilib. Təlimlər 2015-ci ildə Rusiyada, 2014-cü ildə Qazaxıstanda, 2013-cü ildə Belarusiyada, 2012-ci ildə isə Ermənistanda keçirilmişdi.