Beynəlxalq

Azərbaycanda ‘siyasi məhbus’ problemi Parisin diqqətindədir

Fransa hökuməti 33 beynəlxalq QHT-nin Fransa prezidenti Emmanuel Macron-a Azərbaycanda siyasi məhbus sayılan şəxslərin problemi ilə bağlı müraciətinə rəsmi cavab verib.

“Turan” İnformasiya Agentliyinin xəbərinə görə, cavabı prezident Emmanuel Macron-un kabinet rəhbəri François-Xavier Lauch imzalayıb.

Cavab məktubunda bildirilir ki, Fransa hökuməti beynəlxalq QHT-lərin siyasi məhbus sayılan şəxslərlə bağlı narahatlığını diqqət mərkəzində saxlayır.

“Fransanın diplomatik xidməti bu şəxslərin vəziyyətini diqqətlə izləyir. Onların hüquqlarının, o cümlədən təqsirsizlik prezumpsiyasının və ədalətli məhkəmə hüququnun təmin edilməsinə xüsusi həssaslıqla yanaşır”.

Bununla əlaqədar olan qurumları Azərbaycan hökumətini Avropa Şurası və beynəlxalq konvensiyalar çərçivəsində götürdüyü öhdəliklərə könüllü olaraq riayət etməyə dəvət edir.

“Bundan başqa, Fransa hökuməti Azərbaycanla ölkənin vətəndaş cəmiyyətinin inkişafına və demokratik institutların möhkəmləndirilməsinə yönəlmiş ikitərəfli dialoqu davam etdirir”, – deyə cavabda bildirilir.

 

Daha çox göstər
Back to top button