Böyük Britaniyanın səfiri: “Ermənistanla Britaniyanın əlaqələri güclənir”
Yerevanda Ermənsitanda Britaniya səfirliyinin və İAB Beynəlxalq Biznes Akademiyası tərəfindən təşkil edilən Birnci illik İdarəetmə və Liderlik Konfransı heyata keçirilib. Ermənistanda Böyük Britaniyanın səfiri Judit Farnuort jurnalistlərə müsahibəsində qeyd etdi ki, tədbir Britaniyanın tərcübəsini bölüşərək, erməni mütəxəssisləri arasında idarəetmə və liderlik bacarıqlarının inkişafına yönəlmişdir.
Ermənistan-Britaniya münasibətlərinə gəlincə səfir qeyd etdi ki, bu mnüasibətlər güclüdür və daha da güclənir.
“Son bir neçə həftə ərzində nazirimiz Ermənistana səfər etdi və Ermənsitana dəstəyini artırma öhdəliyimizi yenidən təsdiqlədi. Keçən həftə baş nazirinin ticarət nümayəndəsi ilk dəfə Ermənistanı ziyarət etdi və Ermənistanla daha sıx investisiya və ticarət əlaqələri qurmağa çalışıb. Bugünkü tədbiri və bu cür tədbirlər görstərirlər ki, biz Ermənistana bir çox istiqamətdə kömək edə biləcəyik və biz islahatlara dəstək verməyə hazırıq”- deyə səfir qeyd etdi.
Ermənistanın investisiya mühitini necə qiymətləndirdiyi və xarici investorlarları cəlb etmək üçün bu mühitinin necə effektiv olduğu ilə bağlı sualı səfir cavablandıraraq qeyd etdi:
“Bu sahədə də biz Ermənistan Həkimyyətini dəstəkləmək istəyirik, çünki bilirik ki, investisiyaları artırmaq üçün ciddi hazırlıq var”.