Siyasət

Çexiyanın xarici işlər naziri: “Mən ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyirəm”

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ATƏT-in Minsk qrupunun səlahiyyətinə aidddir, bu Avropa Şurasının Nazirlər Komitəsində dəfələrlə təkrarlanıb. Ermənistan və Azərbaycanın  Avropa Şürasına öz əhdəliklərini yerinə yetirməsi  və münaqişəsinin sülh yolu ilə nizamlanması çox vacibdir”- deyə Zoaralek Lumbomir  Azərbaycanın millət vəkili Rafayel Hüseynovun  Ermənistanın son dövrlərdə intensiv olaraq atəşkəs rejimini pozur, açıq şəkildə Bakı-Tbilisi-Ceyhan neft boru kəmərini, Mingəçevir Su Elektrik Stansiyasını və Azərbaycanın digər mühüm strateji obyektlərini partladacağı ilə hədələdiyi və Ermənistanın bu aqressiv hərəkətlərinin qarşısının alınması üçün nə kimi təcili tədbirlər görə bildiyi ilə bağlı sualı cavablandıraraq bildirb.

Lubomir Zaoralek qeyd etdi ki, problemin həlli istiqamətində vasitəçilik missiyasının həyata keçirilməsində əsas qurum ATƏT-in Minsk qrupudur və həmsədrlər danışıqların real nəticələrə aparması istiqamətində səylərini davam etdirirlər.

“Ümid edirəm ki, Azərbaycan və Ermənistan prezidentlərinin gözlənilən görüşlərində porblemin həlli istiqamətində müəyyən irəliləyişlərə nail olunacaq”- deyə Çex Respublikasının xarici işlər naziri, Avropa Şurası Nazirlər komitəsinin sədri Zoaralek Lubomir bildirib.

Daha çox göstər
Back to top button