Siyasət

Ermənistan və İran arasında gəlirli bizneslər ilə bir körpü olmağı təklif edirəm

İrana edilmiş rəsmi səfər çərçivəsində ER Baş naziri Karen Karapetyanın başçılıq etdiyi namyəndə heyəti yerli erməni icması və biznes sektorun nümayəndələri ilə görüşüb.

Karen Karapetyan qeyd edib ki, Ermənistanın qonşu İran ilə iqtisadi əməkdaşlığı və ticarət dövriyyəsinin artırılması üçün böyük potensialı var. Baş nazir vurğulayıb ki, İran hakimiyyətləri ilə regional əməkdaşlığa dair məsələlər, xüsusilə də Ermənistan, İran, Türkmənistan üç tərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

“Əminəm ki, bu üç tərəfli əməkdaşlıq ticarət dövriyyəsi həcmlərinin əlavəsinə töhvə verəcək. İranlı əməkdaşlarımızla iki ölkə əlaqələrinə bir “restart” verməyə anlaşdıq ki, daha yaxşı nəticələrə nail olaq”,-deyə Baş nazir qeyd edib.

Erməni icmasının nümayəndələrinə öz addımları ilə Ermənistan-İran münasibətləri arasında körpü olmağı təklif edirəm və bu sadəcə vətənpərvərlik motivləri ilə deyil, həm də kârlı bizneslərlə mümkündür. Əminəm ki, Ermənistanda kârlı layihələrin həyata keçirilməsi üçün imkanlar vardır və hökumətimiz həmişə yanınızda olacaq. Sizə iki evdə burada və Ermənistanda yaşamağı təklif edirəm”.

Daha çox göstər
Back to top button