Beynəlxalq

Fransa-Artsax dostluq dairəsi Artsax Respublikasının müstəqilliyini dəstəkləyən qətnaməni alqışlayıb

Fransa-Artsax dostluq dairəsi ABŞ Miçigan ştatının Senatı tərəfindən Artsax Respublikası müstəqilliyini dəstəkləyən qətnamənin qəbulunu alqışlayıb.

Bu barədə dostluq dairəsi tərəfindən yayılmış bəyanatda deyilir. Qətnamənin qəbul olunması o baxımdan çox önəmlidir ki, “insanların və demokratik qurumların hüquqi tanınması bölgədə sülh və sabitliyin təmin olunması ilə açıq şəkildə əlaqələndiriləcək”.

Dostluq dairəsi Miçigan ştatı və xüsusilə qətnamə müəllifi senator Knezekin Artsax Respublikasının beynəlxaalq tanınması prosesini irəli sürməsi üçün yüksək qiymətləndirir.

Fransa-Artsax Dostluq Dairəsinin sədri Fransua Roşblua Miçigan Senatının qətnaməsində Artsaxın hələ Stalin dövürndə məruz qaldığı ədalətsizliklərə və təyziqlərə yer verilməsinə əəhəmiyyət verib. Onun sözlərinə görə, bu qətnamə Artsax müstəqilliyinin beynəlxalq tanınması üçün mübət təkan olacaq.

Qeyd edək ki, sentyabrın 28-də ABŞ Miçigan ştatı ABŞ Prezidentini və Konqresini Dağlıq Qarabağ müstəqilliyini tanımağa və Artsaxla iqtisadi-mədəni əlaqələr qurmağa çağıran qətnamə qəbul etdi.

Daha çox göstər
Back to top button