Siyasət

Soçidə ER Prezidentinin iştirak etdiyi MDB liderlər şurasının iclası başlayıb

Soçidə Ermənistan Respublikası Prezidenti Serj Sarkisyanın da iştirak etdiyi MDB ölkələri dövlət başçılarının sammiti başlayıb. Sammitə Rusiya Prezidenti Vladimir Putin rəhbərlik edir.

ER Prezidenti administrasiyasının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclasda siyasi, iqtisadi, humanitar-mədəni sahələrdə və MDB digər istiqamətlərində əməkdaşlığın dərinləşdirilməsinə dair məsələləri müzakirə ediləcək.

Dövlət başçıları MDB çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparacaqlar və MDB ölkələri dövlət başçıları şurasının nöbəti iclasınınkeçirilmə günü və yeri haqqında qərar veriləcək.

İclasda iqtisadi, humanitar-mədəni, müdafiə siyasəti, xarici sərhədlərin saxlanması, terrora qarşı mübadiləsi sahələrdə əməkdaşlığın gələcək inkişafı üçün həyata keçiriləcək işlər müzakirə ediləcək.

Dövlət başçıları tərəfindən müzakirə olunmuş məsələlər və imzalanmış sənədlər haqqında MDB icraçı komitəsinin katibi Sergey Lebedyev KİV-lərlə görüşdə məlumat verəcək.

Bu gün Soçidə Ali Avrasiya İqtisadi Şurasının iclası da keçiriləcək

Daha çox göstər
Back to top button