BaşlıcaSiyasət

“Transparency İnternational” AŞ-a Azərbaycanın korrupsiya qalmaqallarına və pulların yuyulmasına qarşı sərt tədbirlər təşşəbüsünü etməyə çağırır

“Transparency International” Avropa Şurasına son korrupsiya qalmaqallardan və Avropa Şurası Parlament Assambleyasının sədrinin istefasından sonra quruma olan inamın yenidən qurulması üçün korrupsiyaya qarşı mübarizənin sərt tədbirlər görülməsi üçün çağırır.

Təşkilat, bu həftə AŞ PA-nın anti-korrupsiya qaydalarını qəbul etməsi üçün səs verəcəyini alqışladığını bəyan edib, amma mövcud ittihamlara tez bir zamanda səslənmək üçün çağırıb.
“ Avropa Şurasının demokratiya saxlanması və gücləndirilməsi mandatı var. Sentyabrın 4-də Mütəşəkkil cinayətkarlıq və korrupsiyanı aşkar etmək layihəsi və onun tərəfdaşlarının araşdırmaları göstərir ki, AŞ PA-nın hazırkı və keçmiş deputatları Assambleyada Azərbaycanın maraqlarını müdafiə etmək üçün pul alırlar”- deyə bəyanatda bildirilir. Xatırladaraq ki, oktyabrın 6-da AŞ PA-nın sabiq sədri Pedro Aqramunt Məclisin payız sessiyasının başlaması ilə səs vermə nəticəsində çıxarılmasından əvvəl o, istefa verib.

“Transparensi İnternational” təşkilatının müdiri Patrisia Moreyra vurğulayıb ki, AŞ PA sədri qanun pozuntularına qarşı təcili addımlar atmalıdır. O vuğulayıb lki, 2012-ci ildə ilk dəfə bu barədə danışarkən məsələ uzadıldı və təxirə salındı.

“AŞPA-nın Azərbaycandakı mövcud və keçmiş deputatlarının şübhəli maliyyə mənfəətləri haqda açıqlamaları onların milli orqanları tərəfindən araşdırılmalıdır. Bu açıqlamalara Belçika, Almaniya, İtaliya, Sloveniyadan və pulların yuyulması ilə bağlı açıqlamalara Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Fransa, Macarıstan, Rusiya, İsveçrə və Birləşmiş Krallıqdan deputatlar cəlb edilmişdir.

Avropa Şurasının qərarına başlamamaq əvəzinə, bu ölkələr Avropa Şurası ilə sıx əməkdaşlıqda korrupsiya qalmaqallarını araşdırmaq üçün öz səylərini göstərməlidirlər. Avropa Şurasına üzv ölkələr istintaq orqanlarının bütün lazımi məlumatlar və sənədlərlə çıxış əldə etdiyindən əmin olmalıdır ki, yoxlamalar aparmaq səlahiyyətinə onlar malikdir”- deyə o, bildirib.
Təşkilat həmçinin, Avropa Şurasına gələcəkdə pulların yuyulması və korrupsiya hallarının aşkar edilməsi üçün effektiv mexanizm kimi daimi araşdırma ofisinin yaradılmasına çağırıb.
“Transparensi İnternational” həmçinin hesab edir ki, Avropa Şurası və onun üzv ölkələri qanunları pozan və rüşvət alacaq üzvləri aradan qaldırmağa imkan verən prosedurları qəbul etməlidirlər.

Daha çox göstər
Back to top button