Siyasət

Amerikalı general: “Erməni-amerikan hərbi əməkdaşlığı inkişaf etməyi davam edir”

“Erməni hərbçilər sadiq və peşəkardır”. Bu barədə “Amerikanın səsi”-nə müsahibədə ABŞ Kanzas ştatının Milli gvardiya komandiri, general-mayor Li Tafanelli dildirib: “Ermənistanın hərbçiləri peşəkardır, onlar çox sadiqdir, hər zaman yeni bilikləri öyrənməyə və biliklərini başqaları ilə paylaşmağa hazırdırlar”.

Generalın sözlərinə görə, artıq iki il daima Ermənistandan Kanzasa hərbçilərin bir bölümü gəlir. Erməni hərbçiləri amerikalı hərbçilərin yan-yanaşı yaşayır və işləyirlər: “Bİz Ermənistana müxtalif sahələrdə ,o cümlədən fövqalədə vəzziyətləri idaretmə sahəsində müdafiəni gücləndirmək istəyirik”.

Ümumiyyətlə Ermənistan ilə Kanzasnın Mİlli gvardiyasının əməkdaşlığının 14 illik tarixi var.
Müdafiə sahəsində Ermənistan-Amerika hərbi əməkdaşlığı əsasən humanitar sahədə cəmlənmişdir. Amerikalı hərbçilər Ermənistanda hətta yaşlıların evlərini təmir edirlər. Əməkdaşlığın sahələrini Ermənistan seçir. Birləşmiş Ştatlar, Ermənistan ordusunun həkimlərini və sülhməramlıları hazırlamaq və silahlandırmaqda kömək edir. General Tafanelliyin sözlərinə əsasən, Birləşmiş Ştatlar erməni hərbçilərə NATO qoşunlarının yüksək standartlarına uyğunlaşmağa kömək edir.

“ ABŞ-ın məqsədi regionda sabitlik və təhlükəsizliyi gücləndirmək, həmçinin demokratiya və azad bazar münasibətlərini təsdiq etməkdir”. Amerikalı general qeyd edib ki, Ermənistanın KTMT üzvlüyu Ermənistanla əməkdaşlığın inkişafına mane olmur. Li Tafanelli qeyd edir ki, Kanzasın Milli Qvardiyası Ermənistanda Rusiya qoşunlarının olması ilə heç bir çətinliklə üzləşmir.

Daha çox göstər
Back to top button