Siyasət

Aşotyan: Dağlıq Qarabağ məsələsi geosiyasi deyil

ER Parlamentinin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Armen Aşotyan Finlandiya Xarici İşlər Nazirliyinin Rusiya, Şərqi Avropa və Orta Asiya Bölməsinin rəhbəri Maymo Henriksonu, Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin rəhbəri Payivi Peltokoskini və Cənubi Qafqaz məsələləri üzrə cavabdeh Tiina Parviayneni qəbul edib.

Armen Aşotyan Ermənistan və Finlandiya Parlamentiləri arasında əməkdaşlığn təşviqi üçün aparılan işlərə, təşkilatlararası əməkdaşlığın aktivləşməsinə əhəmiyyət verib.

Görüş zamanı tərəflər ER xarici siyasət gündəminə, xüsusilə də ER-Aİ əlaqələrinə toxunublar. Bu konteksdə qlobal iqtisadi əlaqələrin inkiişaf platformu olan Şərq Tərəfdaşlığı formatınıa, o cümlədən noyabrda keçiriləcək zirvədə ER-Aİ yeni sazişin imzalanmasına və bundan sonra milli parlamentlərdə sazişin təsdiqlənmə prosesinə əhəmiyyət verilib.

Tərəflər Dağlıq Qarabağ münaqişəsinə toxunurkən ATƏT-in Minsk Qrupunun roluna da əhəmiyyet veriblər. Armen Aşotyan münaqişənin nizamlanma prosesinə dair qeyd edib ki, Dağlıq Qarabağ məsələsi geosiyasi deyil. Görüş zamanı tərəflər Ermənistanın sosial-iqtisadi inkişaf məsələlərini, humanitar sahədə olan nailiyyətləri və əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Daha çox göstər
Back to top button