Təhlil

DQ münaqişəsinin danışıqlar prosesində heç bir müsbət irəliləyiş yoxdur

Dağlıq Qarabağ münaqişəsinin danışıqlar prosesində heç bir mübət irəliləyiş yoxdur. Bu barədə hökumət iclasından sonra jurnalistlərə müsahibədə ER Xİ nazirinin müavini Şavarş Koçaryan bildirib.

Prezidentlər görüşü üçün beynəlxalq ictimaiyyətdən erməni tərəfinə hərbi əməliyyatların başlanmamasınna dair zəmanət verilibmi sualına nazir müavini belə cavab verib: “Vyana və Sankt-Peterburq razılaşmalarını xatırlatmaq istəyirəm. Hərbi əməliyyatların dayandırılma rejiminin gücləndirməsi ilə bağlı Artsax, Ermənistan və Azərbaycan arasında 1995-ci ildə üçtərəfli saziş imzalanıb və bu, Azərbaycanın beynəlxalq öhdəliyidir. 1994-cü ildə hərbi əməliyyatların dayandırılması və atəşkəs ilə bağlı razılaşma imzalanıb ki hərtərəfli nizamlama olsun. Bunun üçün isə, qarşılıqlı inam olmalıdır. 20 il keçib, lakin danışıqlarda heç bir irəliləyiş yoxdur. Biz bunu apreldə Azərbaycan tərəfindən hərbi əməliyyatlara başlanmasında gördük”,-deyə Şavarş Koçaryan qeyd edib.

Onun sözlərinə görə, atəşkəs rejiminin gücləndirməsi erməni tərəfinin ön şərti deyil, bu, bir tərəfdən Azərbaycanın öhdəliyidir, digər tərəfdən də həmsədrlərin çox məntiqi bir yanaşmasıdır.

“Tərəflər arasında inam olmadan, irəliləyişdən necə danışmaq olar? Bundan başqa, Azərbaycan beynəlxalq öhdəliklərindən imtina edir və bu, gələcəkdə bir razılaşmanın olmasını şübhə altına alır. O, sazişi imzalayabilər, lakin bu sazişin öhdəliklərini yerinə yetirməyəcək. Biz bunun artıq görmüşük”,-deyə nazir müavini qeyd edib.

Daha çox göstər
Back to top button