Ekonomika

Xarici ticarət dövriyyəsi 13 faiz azalıb

2017-ci ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 180 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 110 ölkəyə məhsul ixrac olunmuş, 173 ölkədən idxal olunmuşdur. “Azadliq.info” saytına əsasən, bu barədə məlumatı Dövlət Statistika Komitəsi yayıb.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-avqust aylarında xarici ticarət dövriyyəsi 15021,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 9720,4 milyon dollar, idxalın dəyəri 5300,8 milyon dollar təşkil etmiş, nəticədə 4419,6 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2016-cı ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 7,0 faiz artmış, real ifadədə isə 13,3 faiz, o cümlədən ixrac 8,9 faiz, idxal 20,0 faiz azalmışdır.

Daha çox göstər
Back to top button