Ekonomika

ABŞ Ermənistan nüvə stansiyası ilə maraqlanır: nüvə təhlükəsizlik mərkəzi qurulacaq

Ermənistanda nüvə təhlükəsizlik və nüvə kriminalistika mərkəzi qurulacaq. Maliyyələşdirmə və təcrübə mübadiləsi məsələləri ilə ABŞ məşğul olacaq. Bu barədə ER Dövlət Elm Komitəsinin sədri Samvel Harutyunyan məlumat veirb. “Mərkəzin 3 çox maraqlı funksiyası olacaq: təcrübi, elmi araşdırmalar və təhsil. Cari il oktyabrın 18-də və 19-da Amerika nümayəndə heyəti Ermənistana gələcək və cari ildə bu istiqamətdə aparılan addımları müzakirə olunacaq”,-deyə Harutyunyan qeyd edib. Artıq birgə laboratoriya yaradılıb. Laboratoriyada Politexnik Universiteti, Nüvə Santrali, İrəvan Fizika İnstitutu və s. cəlb olunmuşdur.

“Ümidvaram ki, yaxın illərdə bəzi mütəxəssislərimiz ABŞ-da təlimlər alacaq və 4-5 master proqramımız olacaq”.

SputnikArmenia-nın mərkəzin nə funksiyaları olacaq sualına Harutyunyan cavab verib ki, funksiyaları nüvə tullantılarının tədqiqi, nüvə elementlərinin Ermənistandan daşınması, müvafiq mütəxəssislərin hazırlanması, elmi araşdırmaların həyata keçirilməsidir.

Nüvə stansiyasında rus tərəfinin dəsətyinə gəlincə isə, Dövlət Elmi Komitəsinin sədri deyib ki, Ruisya nüvə stansiyasının istismarında ciddi rol oynamağa davam edir.

Daha çox göstər
Back to top button