Beynəlxalq

Avropa Məhkəməsi Azərbaycana qarşı 22 iş üzrə qərarlarını elan edib

Azərbaycan bu dəfə mülkiyyət hüquqları ilə bağlı cərimələnib. Məlumatı azadlıq.info yayıb.

“Avropa Məhkəməsi Azərbaycana qarşı 22 iş üzrə qərarlarını elan edib”- bunu Facebook profilində vəkil Əsabəli Mustafayev yazır:

“Həmin işlərdən 17-də mən nümayəndə qismində iştirak edirəm. Bu işlərin hamısı mülküyyət hüququnun müdafiəsi ilə bağlıdır. Bu məqamı xüsusilə vurğulayıram. Çünki bəzən mənə və digər kollegiyalarıma irad bildirilir ki, biz ancaq siyasi və içtimai fəalları müdafiə edirik, digər ehtiyacı olanlar xidmətimizdən istifadə edə bilmir. Qeyd etməliyəm ki, Avropa Məhkəməsinə göndərdiyim 370 şikayətin ən azı yarsında ərizəçilər heç bir siyasi və içtimai fəaliyyətlə məşğul olmayanlardır. İndiyə qədər udduğumuz işlərin də əksəriyyəti adi mülkü və ya cinayət işləridir. Şanslı olan heç bir işi icraata götürməkdən də imtina etmirik.
P.S. Bununla da Avropa Məhkəməsində udduğumuz işlərin sayı 132 oldu”.

Avropa Məhkəməsinin son qərarlarına vəkil Fariz Namazlı FB statusunda aydınlıq gətirib: “Bu şikayət ölkədaxili məhkəmə qərarlarının icra edilməməsi ilə bağlıdır. Hökümət bəzi işlər üzrə kompensasiyaların verilməsini əsas götürərək onların siyahıdan çıxarılmasını xahiş edib, lakin Avropa Məhkəməsi hesab edib ki, verilən kompensasiyalar adekvat deyil. Buna görə də Məhkəmə Konvensiyanın 6.1 (ədalətli məhkəmə araşdırması hüququ) və Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin (mülkiyyət hüququ) pozuntusuna dair qərar verdi və ümumilikdə ərizəçilərə 90950 Avro ödənilməsini müəyyən etdi. Şikayətçilər bunlardır: Arif Islamzadə, Almas Abdullayeva, Məzahir Bağırov, Namiq Hacıyev, Isa Rüstəmov, Rəna Qasimova, Söhbət Qayibov, Akif Xəlilov, Əziz Ağasıbəyov, Elman Şahmuradov, Cümşüd Ismiyev, Nəcəfalı Babayev, Təbriz Həsənov, Şahlar Quliyev, Tahir Məcidov, Dashdəmir Alıyev, Leyla Məmmədova, Xaləddin Məmmədov, Kamil Nəcəfov, Məhəmməd Abbasov, Səlbi Baxşıyeva, Ziyadxan Əhmədov”.

Daha çox göstər
Back to top button