İctimaiyyət

Daha bir dindar fəal həbs olundu

Müsəlman Birliyi Hərəkatının daha bir üzvü Əbdülxaliq Cəfərli də saxlanılıb. Bu haqda “Azadliq.info”ya onun yaxınları məlumat verib.

Seyid Əbdülxaliq Cəfərli oktyabrın 11-dədostlarına zəng edib deyib ki, onu Sumqayıt şəhər Polis İdarəsinə çağırıblar, ora gedir. O vaxtdan ötən bir sutka ərzindədindar fəaldan heç bir məlumat yoxdur. Polis bölməsindən də onunla bağlı xəbər almaq mümkün olmayıb.

Qeyd edək son həftə ərzində Müsəlman Birliyi Hərəkatının dörd üzvü – Əhsən Nuruzadə, Samir Babayev, Rəvan İsmayılov və Əbdülxaliq Cəfərli həbs olunub. “Seyid” kimi tanınan Cəfərli Nardaran hadisələri, o cümlədən Taleh Bağırzadənin məhkəmələrinin fəal iştirakçılarından biri idi.

Rəvan İsmayılov və Samir Babayev məhkəmədə deyiblər ki, Sabunçu Rayon Polis İdarəsində onlara dəətli işgəncələr verilib, bədənlərinə cərəyan qoşulub.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button