Siyasət

Kemalistlər AŞPA-da Azərbaycana qarşı səs verib

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) oktyabrın 11-də Azərbaycanla bağlı iki hesabat üzrə qətnamələr böyük səs çoxluğu ilə qəbul edilmişdi.

Azərbaycan KİV-lərində yayılan məlumatlara görə, həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın müəllifləri olduqları “Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı tənqidi hesabat üzrə Qətnamənin lehinə Türkiyə Böyük Millət Məclisinin CHP partiyasının deputatları –  Dəniz Baykal, Gülsün Bilgəhan, İlhan Kəsici də səs veriblər.

Qətnamə 117 lehinə, 18 əleyhinə səslə qəbul edilib.

Daha çox göstər
Back to top button