İctimaiyyət

Muxtarlının ailəsi Azərbaycan tərfindən siyasi təqiblərə məruz qalıb

Azərbaycanda həbsdə olan jurnalist Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva qızı ilə birlikdə Gürcüstanı tərk edib.

Mustafayevanın vəkili Arçil Çopikaşvili öz Facebook-da   yazıb ki, onlar indi Almaniyadadırlar.

Leyla Mustafayeva əvvəl də dəfələrlə Gürcüstanın hüquq-mühafizə orqanlarını Əfqan Muxtarlının Tbilisidə oğurlanması və Azərbaycana aparılması ilə bağlı effektli istintaq aparmamağa görə tənqid edib, həmçinin müəyyən şəxslər tərəfindən izlənildiyini və Gürcüstanda özünə qarşı təhlükə olduğunu deyib.

On.ge-yə müsahibəsində Leyla Mustafayeva qeyd etdi ki, hələ Avropada qalıb qalmamağa ilə bağlı qərar verməyib.

Gürcüstanda olduğu zamanı Mustafayeva bildirdi ki, on izləyirlər və özünü təhlükəsiz hiss etmir. Sentyabrın 19-da Mustafayeva Tbilisində azərbaycanlı fəal Daşqın Ağarlı ilə birgə mətbuat konfransı keçiridi və konfrans zamanı mümkün təqibi ilə bağlı videolar göstərib.

Muxtarlının ailə vəkili Arçil Çipikaşvili  Mustafayev v Ağarlıya qarşı cinayətin hazırlanacağını istisna etmir.

Avropaya  getdikdən əvvəl Mustafayeva Gürcüstandan qaşırılan jurnalistin oğurlanması ilə əlaqəsi olan  vəzifəli şəxslərin hərkətlərini araşdırmaq üçün    xüsusi komissiyasının yaradılmasını  istəyib.

Tiflis mərkəzindən azərbaycanlı müxalif journalist Əfqan Müxtarlının oğurlamasından beş ay keçdi. Lakin oğurluq ilə bağlı yeni bir şey ortaya çıxmadı.

Daha çox göstər
Back to top button