Ekonomika

Aİ yeni sazişi ilə Ermənistanın makroiqtisadi siyasətinə dəsətək verəcək

Avropa İttifaqı və Ermənistan Respublikası iqtisadi siyasətinin yaxşılaşdırılması ilə iqtisadi islahatların prosesinə təkan verəcəklər.

Bu barədə Ermənistan və Aİ arasında əməldaşlıq üzrə sazişdə deyilir. Saziş mətni Aİ Şurası dərc edib.

“Ermənistan Respublikası effektiv fəaliyyət göstərən bazar iqtisadiyyatının inkişafı və öz iqtisadi və maliyyə siyasətlərinə uyğun addımlar atmalıdır ki, Avropa İttifaqının isqtisadi və maliyyə  tənzimləmələri və siyasətləriniə yaxınlaşsın”.

Aİ Ermənistan Respublikasına stabil makroiqtisadi siyasəti, o cümlədən Mərkəzi Bankın müstəqilliyi və qiymət sabitliyi, sabit dövlət maliyyələşməsi məsələlərdə dəsətk verəcək.

Bu məqsədlə, tərəflər müntəzəm iqtisadi dialoqlar keçirməlidir. Dialoq mövzuları:

1) makroiqtisadi meyllər və siyasətlər, struktur islahatları, o cümlədən iqtisadi inkişaf strategiyaları haqqında məlumat mübadiləsi

2) dövlət maliyyə, pul-vergi siyasəti, maliyyə sektoru siyasəti və iqtisadi statistika sahələrdə  təcrübə mübadiləsi

3) regional iqtisadi inteqrasiya, o cümlədən Avropa iqtisadi və valyuta birliyinin fəaliyyətinə dair məlumat və təcrübə mübadiləsi

4)  iqtisadiyyat, maliyyə və statistika sahələrdə əməkdaşlıq statusunun dəyişdirməsi.

Daha çox göstər
Back to top button