Siyasət

“Azərbaycanlılar erməni pavilyonundan oğurluq cəhdi etdilər”: ER Mədəniyyət nazirinin müavini

Frankfurtda hər il keçirilən və bütün dünyada məşhur olan Frankfurter Buchmesse kitab yarmarkasında Ermənistan da iştirak edir, lakin azərbaycanlılar erməni pavilyonundan oğurluq cəhdi etdilər. Bu haqda ER Mədəniyyət nazirinin müavini Nerses Ter-Vardanyan öz FB səhifəsində yazıb: “Oktyabrın 12-də Frankfurt  Buchmesse sərgisində Ermənistan pavilyonuna iki azərbaycanlı girərək Ermənistan və Artsax xəritələrini aldılar.

Bizimkilər onları təqib edərək Azərbaycan pavilyonuna getdilər və onlardan xəritlələri alıb döndülər. Mən dərhal sərginin direktor müavini Tobias Vosi, polisi və digər məsul şəxsləri çağırdım. Polis bu hadisə ilə bağlı tədbirlər görməyə vəd edib.

Bütün bu olaylar jurnalistlər tərəfindən çəkilmişdir və biz bu videoları nəşr edəcəyik. Azərbaycan KİV-lərində xəritəni bəzi “separatistlər”-in pavilyonundan qopardıqlarını yazdılar. Demək bütün bunları öz mediası üçün törətdilər.

Bu elə bir ölkə tərəfindən olub ki, pavilyonda hər yerdə duvarlarda, kitablarda siyasət və təxribatdır. Bunları fotolardan da görə bilirsiz.

Daha çox göstər
Back to top button