Siyasət

B.Sahakyan: Artsax taleyi onun birbaşa iştirakı olmadan müəyyən edilə bilməz

Artsax Respublikası Prezidenti Bako Sahakyan oktyabrın 16-da təşkil edilmiş geniş məsləhətləşmələrdə öx çıxışında AR Prezidentinin 2017-2020-ci illər layihəsinə toxunub. Bako Sahakyan konstitusiya dəyişiklikləri və münaqişələrin həlli barədə qeyd edib ki, “konstitusiyaya əsasən, ölkəmizin idarəetmə sistemi dəyişib, lakin konstitusiya islahatları ölkəmizin dövlət quruculuğu fəlsəfəsini dəyişdirməyiblər. Artsax Respublikası azad, müstəqil, demokrat və sosial dövlət olub və olmağa davam edəcək.

Bir dəfə də qeyd etmək istəyirəm ki, müstəqillik və təhükəsizlik bizim üçün toxunulmaz dəyərləridir və AR dövlət quruculuğunun əsas prinsipləridir. Azad, müstəqil, öz təhlükəsizliyini öz gücləri ilə təmin edən Artsax Respublikasının gələcək inkişafı prioritetdir və bundan bütün ermənilərin taleyi asıllıdır.

Rəsmi Stepanakert ATƏT-in Minsk Qrupu çərçivəsində münaqişənin sülh yolu nizamlanmasına sadiqdir. Biz danışıqlar prosesinin tam formatının bərpası üçün prinsipli mövqe göstərməyə davam edəcəyik. Artsaxın birbaşa iştirakı olmadan Artsax məsələsi həll oluna bilməz. Biz Ana Ermənistan ilə birlikdə müvafiq addımnlarımızı atmağa davam edəcəyik”.

Daha çox göstər
Back to top button