BaşlıcaSiyasət

E.Şarmazanov: “Rusiyayla silah tədarükü haqqında müqavilə Ermənistanın təhlükəsizliyini gücləndirməyə yönəlib”

Ermənistan Respublikası Milli Parlamentinin sədr müavini Eduard Şarmazanov Ermənistana müasir silahlara 100 milyon dollar həcmində kredit verilməsi barədə razılığa gəlib və bütün bunlar Ermənistanın milli təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə yönəldilib.

Verilən məlumata görə, Eduard Şarmazanov deyib ki, müqavilə 200 milyon dollar dəyərində olan əvvəlki kredit müqaviləsi ilə eyni şərtlərlə imzalanıb.

“Bu razılaşmaya əsasən, keçmişdə olduğu kimi, Ermənistanın imtiyazlı şəraitdə Rusiyadan müasir silah və döyüş sursatı əldə etmək imkanı var. Rusiyadan daxili qiymətlərlə silah alırıq. Heç bir digər ölkənin nəinki bu şərtlərlə silah ala bilməsi mümkün olmayıb, həm də bu şərtlərə heç yaxın da düşə bilməyibdir” deyərək -ER MP sədrinin müavini bəyan edib.

O, bu razılaşmanın erməni-rus müttəfiqlik münasibətlərini bir dahaisbat etdiyini əmin etdi.

Daha çox göstər
Back to top button