Beynəlxalq

ER MIlli Parlamentinin sədri։ “Küveyt ilə siyasi dialoq əhəmiyyətli şəkildə aktivləşib”

Ermənistanın ərəb dünyası ilə çoxtərəfli əlaqələrinin inkişafı Ermənistanın xarici siyasətinin önəmli məqsədlərindən biridir. Bu barədə oktyabrın 15-də Sankt Peterburgda Küveytin Milli parlamentinin sədri Marzuk Ali al-Ğanimi ilə görüşündə ER Milli parlamentinin sədri Ara Babloyan qeyd edib.

Tərəflər son illərdə iki ölkə arasında siyasi dialoqun əhəmiyyətli şəkildə aktivləşməsini və onun müxtəlif sahələrdə dövlətlər arasında münasibətlərin inkişafı və möhkəmləndirilməsinə təşviq etdiyini təsdiqləyib.

İki ölkənin qanunvericilik orqanlarının rəhbərləri parlamentlərarası əlaqələrin dərinləşməsinin, parlamentlərarası dostluq qruplarının fəaliyyətinin, beynəlxalq platformalarda effektiv əməkdaşlığın zəruriliyini vurğuladılar.

Həmsöhbətçilər ticari-iqtisadi əlaqələrin intensivləşdirilməsi ilə bağlı fikir mübadiləsini aparıblar və mövcud icra olunmayan real potensialın effektiv şəkildə istifadə olunacağına ümid etdilər.

Daha çox göstər
Back to top button