BaşlıcaSiyasət

Görüş konstruktiv mühitdə keçib: Sarkisyan-Əliyev görüşü barədə həmsədrlər və Xİ nazirlərinin birgə bəyanatı

“Ermənistan və Azərbaycan prezidentləri Serj Sarkisyan və İlham Əliyevin görüşü konstruktiv mühitdə keçdi”. Bu barədə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birgə bəyanat yayıblar.

Bəyanatda deyilir: “Ermənistan Respublikasının Prezident Serj Sarkisyan Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə Cenevrədə İsveçrə zirvə görüşü keçiriblər. ATƏT Minsk Qrupunun həmsədrlərinin (İqor Popov  Rusiya Federasiyası, Stefan Viskonti Fransa, Andrü Şofer Amerika Birləşmiş Ştatları) himayəsi altında keçirilən görüşdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, Ermənistan xarici işlər naziri Edvard Nalbandyan iştirak ediblər. Zirvə görüşünə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də qatılıb.

Görüş konstruktiv mühitdə keçib.Prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşdılar.

Həmsədrlər çox uzun fasilədən sonra baş tutan bu birbaşa danışıqlardan razılıq ifadə etdilər. Onlar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə sülh yolu ilə həlli üçün tərəflərlə işləməyə hazır olmaqda qalırlar.

Növbəti addım kimi həmsədrlər xarici işlər nazirləri ilə yaxın gələcəkdə işçi görüş keçirəcəklər” — deyə, bəyanatda bildirilib.

Daha çox göstər
Back to top button