Siyasət

Qazaxıstanda KTMT-nın “Sarsılmaz qardaşlıq-2017” hərbi təlimlərinə başlayıb

Oktyabrın 16-da Qazaxıstanın İliyski poliqonunda Kollektiv Təhklükəsizlik Müqaviləsi Təşkilatının sülhmaramlı qüvvələrinin “Sarsılmaz qardaşlıq-2017” təlimlərinə start verilib. Təlimlər oktyabrın 20-dək davam edəcək. Bu haqda  o respublikanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Təlimlərdə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın  sülhmaramlı bölmələri, Kollektiv sülhmaramlı qüvvələrinin polis bölmələri  iştirak edirlər. Beynəlxalq Qızıl Xaç komitəsinin və KTMT-nın birgə qərargah və katibliyinin nümayəndələri də  dəvə olunublar”- deyə bəyanatda qeyd edilir.

TASS-ın bildirdiyinə görə, təlimlər KTMT-nın üzv ölkələrinin sülhmaramlı bölmələri arasında qarşılıqlı anlayışın gücləndirilməsinə yönəlmişdir.

 

 

Daha çox göstər
Back to top button