Siyasət

Serbiya Ermənistanın Qarabağ münaqişəsinin sülh yolu ilə həll etmə mövqeyini dəstəkləyir: Serbiya Parlamentinin sədri

ER Parlamentinin sədri Ara Babloyan oktyabrın 15-də Sanky-Peterburqda Serbiya Respublikası Parlamentinin sədri Maya Goykovişlə görüşüb. Bu barədə ER Parlamentinin mətbuat xidməti məlumat verib.

ER parlamentinin sədri Ermənistan-Serbiya dostluq münasibətlərinin tarixi əsasında ikitərəfli əlaqələrin davamlı inkişafına əhəmiyyət verib. Parlament sədri həmçinin iki ölkənin qanunvericilik orqanları arasında fəal dialoqun formalaşmasına, dostluq qrupların qarşılıqlı səfərlərinə əhəmiyyət verərək qeyd edib ki, bütün bunlar sadəcə ikitərəfli deyil, beynəlxalq təşkilatlarda da əməkdaşlığın inkişafına töhvə verəcək.

Ara Babloyan regional münaqişələrə toxunaraq qeyd edib ki, erməni tərəfi Dağlıq Qarabağ münaqişəsinin həllini sadəcə ATƏT-in Minsk Qrupu çərçivəsində və sülh yolu ilə görür.

“Ölkəmiz qarşılıqlı inam atmosferinin bərpasına yönəlmiş tədbirlərə, təmas xəttindən snayperlərin qaldırılmasına, araşdırma mexanizmlərin yerləşdirməsinə, atəşkəs rejiminin gücləndirməsinə yönəlmiş səylərinə əhəmiyyət verir”,-Babloyan deyib.

Serbiya Respublikası Parlamentinin sədri Maya Goykoviç də iki ölkənin parlamentlərarası əməkdaşlığın derinləşməsinə və müxtəlif alanlardakı əməkdaşlığına əhəmiyyət verib.

DQ münaqişəsinin nizamlanmasına dair isə, Maya Goykoviç deyib ki, Serbiya Ermənistanın Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair mövüeyini dəstəkləyir.

Tərəflər iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafına əhəmiyyət veriblər.

Serbiya Parlamentinin sədri Maya Goykoviç ER parlamentinin sədri Ara Babloyanı serbiyaya dəvət etdi.

Daha çox göstər
Back to top button