Avropa Şurasının Yerevandakı offisinin sədri: “Ermənistan rəhbərliyi ilə əməkdaşlığımızdan çox məmnunuq”
Avropa Şurasının ödəyici deyil, sadəcə Ermənistanla əməkdaşlıq edir. “Tert.am”-ın Ermənistan hakimiyyətinin həyata keçirdiyi islahatlardan məmnun qaldığı barədə sualı cavablandıraraq, Avropa Şurasının Yerevandakı offisinin rəhbəri Natalya Vutova qeyd etdi ki, onlar Ermənistanda islahatların həyata keçirilməsi üçün olduqca çox “ödəyiblər”.
“Ermənistan 2001-ci ildən bəri Avropa Şurasının üzvüdür. Biz qeyd edirik ki, Ermənsitanda qəbule dilən qərarlar, avropa standartlarına uyğundur, bunu Avropa Şurasında Ermənistana qarşı olan işlərin sayısı da göstərir. Evet biz Ermənistan ilə əməkdaşlığımızdan memnunuq. Biz onların qanunvericilik sahəsini modernləşdirmək arzusunu görürük”- deyə o qeyd etdi.
Natalya Vutovanın sözlərinə görə, onlar üçün məhkəmə sistemindəki islahatları daha vacibdir.
“Biz Ermənistanda məhkəmə sisteminin güclü olduğunu, Ermənistanda çox yaxşı hakimlərin olduğunu çox istəyirik. Biz korrupsiyaya qarşı mübarizəyə əhəmiyyət veririk”- deyə o qeyd etdi.