Siyasət

Bakı narazıdır. Türkiyə Artsaxa səfər edən 4 vətəndaşını ekstradisiya etmir

Dağlıq Qarabağa  səfər etmiş şəxslərin cəzalandırılmaması Azərbaycan-Türkiyə münasibətlərinə mənfi təsir göstərə bilər. Bunu “Trend”-ə milət vəkili Elman Nəsirov deyib.

O qeyd edib ki, Türkiyə və Azərbaycan münasibətləri strateji müttəfiqlik səviyyəsində olduğu bir vaxtda 4 Türkiyə vətəndaşının Dağlıq Qarabağa səfər etmələri, orada çoxsaylı görüşlər keçirmələri, Azərbaycan və Türkiyə əleyhinə fikirlər səsləndirmələri və ölkələrinə qayıtdıqdan sonra telekanallarda səfərlə bağlı geniş çıxış etmələri əslində, daim fəxr etdiyi qardaşlıq, dostluq münasibətlərinə kölgə salan bir hadisədir:

Eyni zamanda, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında antiazərbaycan qüvvələri ilə yanaşı, 3 türkiyəli deputatın da Azərbaycana qarşı iki qətnamənin qəbul edilməsinin lehinə səs verməsi Azərbaycanı son dərəcə narahat edir.

“ Azərbaycanın Baş Prokurorluğu tərəfindən  Artsaxa səfər etmiş 4 Türkiyə vətəndaşlarına qarşı cinayət işi açılıb. “Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədilə Türkiyə hüquq-mühafizə orqanlarına müraciət edilib. Amma bu şəxslərə qarşı indiyə kimi hüquqi tədbirlər görülməyib. Ümid edirəm ki, bu məsələlərdə Türkiyə rəhbərliyi qətiyyətli mövqe tutacaq və həmin şəxslərin hüquqi müstəvidə cəzalandırılması ilə bağlı addımlar atacaq. Əks təqdirdə, bu, bizim dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərimizə çoxböyük mənfi təsir göstərə bilər”- deyə azərbaycanlı deputat qeyd etdi.

Qeyd edək ki, sentyabrın 22-də Artsaxa səfər edən 4 Türkiyə vətəndaşı Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu  barəsində  cinayət iş başlanılıb.  Bu şəxslərin Artsaxa səfəri Azərbaycanın narahatlığına  səbəb oldu.

Daha çox göstər
Back to top button