Siyasət

ER baş nazir müavini: “Ermənistan Avropa Birliyi ilə yeni saziş imzalamağa hazırdır”

Avrasiya İqtisadi Birliyinə üzvlüyünə baxmayaraq, Ermənistan Avropa Birliyi ilə yeni saziş imzalamağa hazırdır.

Bu haqda “Amerikanın səsi”-nə müsahibəsində Ermənistan Respublikasının baş nazir müavini Vaçe Gabrielyan bildirdi.

“Əvvəlki saziş ilə müqayisədə bu ticarət saziş deyildir, çünki Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvüdür. Avrupa Birliyi ilə əməkdaşlıq etdiyimiz dairə çox gənişdir və Avrasiya İqtisadi Birliyinin antlaşması ilə tənzimləyən bir çox iqtisadi münasibətlər bizim və Avropa Birliyinin gündəmində qalır”- deyə o qeyd etdi.

Ermənistan Respublikasının baş nazir müavinin sözlərinə görə, Avrasiya İqtisadi Birliyinə üzvlüyü  Yerevan üçün bəzi məhdudiyyətlər qoyur, lakin Avropa ilə tam əməkdaşlığa mane olmur.

“Hesab edirəm ki, biz bütün ticarət və siyasi tərəfdaşlarımız ilə əlaqələr qurmaq üçün optimal dəhlizi tapdıq”- deyə V. Gabrieylyan qeyd etdi.

Daha çox göstər
Back to top button