Ekonomika

Erməni nümayəndə heyəti ABŞ Dövlət katibinin müavini ilə görüşüb

Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində oktyabrın 12-dən 15-dək Beynəlxalq Valyuta Fondu və Dünya Bankının illik toplantısı keçirilib. Toplantıda ER Baş naziri, beynəlxalq iqtisadi inteqrasiya və islahatlar naziri Vaçe Qabrielyan, Maliyyə naziri Vardan Aramyan və Mərkəzi Bankın sədri Artur Cavadyan iştirak ediblər.

Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun illik toplantısı çərçivəsində Dünya Bankın Avropa və Mərkəzi Asiya məsələləri üzrə sədr müavini Siril Myuller və regionun direktoru Frank Himskerki, Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Entni dı Lano, Beynəlxalq Valyuta Fondunun regional məsələləri üzrə direktoru Cihad Azur ilə iqtisadi əhəmiyyət daşıyan bir sıra görüşlər keçirilib.

Müzakirələrin əsas mövzusu dünya iqtisadiyyatı, iqtisadi vəziyyətinin inkişaf prosesində maliyyə sabitliyi, regionda iqtisadi vəziyyət və inkişaf edən ölkələrdə yoxsulluğun azaldılması məsələləri idi.

Vaçe Qabrielyan ABŞ Dövlət Departmentinin Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin müavini xanım Bricit Brink ilə görüşüb. ER Baş nazirinin müavini işgüzar səfəri ilə Kaliforniyaya da səfər edəcək. Orada Xeri Braunla görüş zamanı ikitərəfli ticari-iqtisadi əlaqələrinin genişlənməsinə yönəlmiş bir sıra məsələlər müzakirə ediləcək.

Daha çox göstər
Back to top button