İctimaiyyət

Müxalif partiya hakimiyyəti ölkəni özünütəcridə sürükləməməyə çağırdı

Klassik Xalq Cəbhəsi Partiyası müxalifətçilərə qarşı repressiyalara görə hakimiyyəti pisləyən bəyanat yayıb.

Ölkədə 160-dan çox siyasi məhbus var, bunun 20-yə yaxını jurnalistlər və blogerlərdir. Azərbaycan siyasi məhbusların və “vicdan məhbuslarının” sayına görə Avropada liderlər sırasındadır.

Fəallara həbsxanalarda belə təzyiq davam edir, onları karserə salırlar, cəza şəraitini ağırlaşdırırlar, işgəncələrə məruz qoyurlar.

AKXCP həmçinin Avropa Şurasına qarşı kampaniyanı pisləyir, korrupsiya və insan hüquqlarının pozulmasına görə hakimiyyətin ölkəni sivil dünyadan təcridə sürüklədiyini hesab edir.

“Turan İnformasiya Agentliyinə təzyiq azad mətbuatı tamamilə məhv etmək, ifadə azadlığını tamamilə qadağan etmək niyyətindən xəbər verir”.

İqtisadi tənəzzülə və sosial gərginliyə, korrupsiyaya etiraz edən şəxslər polisə çağırılır, təzyiqə məruz qoyulur.

AKXCP bütün bunların yolverilməz olduğunu qeyd edərək, konstitusiyada nəzərdə tutulmuş hüquq və azadlıqlarını həyata keçirən şəxslərə qarşı təzyiqlərə son qoyulmasının, ölkənin beynəlxalq təşkilatlarla əməkdaşlığının vacibliyini vurğulayır.

Partiya uydurma və siyasi motivli ittihamlarla həbs edilmiş bütün şəxslərin qeyd-şərtsiz azad edilməsini tələb edir.

Daha çox göstər
Back to top button